6 mart 2023-cü il, Bakı - 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan Hava Yolları” bəşəriyyətin zərif yarısının nümayəndələri üçün Bakıdan məşhur istiqamətlər üzrə aviabiletlərə 30% güzəşt elan edib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Aviabiletləri martın 6-dan 8-dək aviaşirkətin 13 marşrutu (gediş-gəliş) üzrə güzəştlə əldə etmək mümkündür.
Aksiya çərçivəsində aviabiletlər 28 mart-20 aprel 2023-cü il tarixləri arasında uçuşlara şamil edilir.
Belə ki, Bakıdan aşağıdakı şəhərlər üzrə uçuşlara 30% güzəşt tətbiq olunur: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana, Almatı.
Sözügedən reyslərə aviabiletləri aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərindən, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə etmək olar.
Qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə AZAL bütün xanımları təbrik edir və onlara xoşbəxtlik, firavanlıq və gözəl əhval-ruhiyyə, həmçinin aviaşirkətlə maraqlı səyahətlər arzulayır!
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00