Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir. RSK-ya məxsus daha bir maşın karvanı yoldan maneəsiz keçid edib. Laçın istiqamətindən gələn 18 avtomobil Xankəndiyə, Xankəndidən gələn 3 yük maşını isə Laçına gedib.
Səhər saatlarından indiyədək RSK-ya məxsus 61 maşın yoldan maneəsiz keçid edib.