BQXK-yə məxsus iki avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
Səhər saatlarında Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus iki avtomobil bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan dinc aksiya 30 gündür davam edir.

Çox oxunanlar