Məlum olduğu kimi son günlər bir neçə jurnalist saxlanılaraq müxtəlif ittihamlarla həbs edilib. Ayın 5-də isə Toplum Tv-nin əməkdaşı Şahnaz Bəylərqızı da məhkəməyə çıxarılaraq həbs edildi. Ona qarşı CM-nin 6 maddəsi ilə ittiham irəli sürülüb. İndi neçə gündür ki, bir sıra tanınmış şəxslər bu olaydan təəssüfləndiyini yazır, onun azad olunmasını istəyirlər. Bayaq rastıma TV Musavatın rəhbəri Sevinc Telmanqızının da bu qəbildən olan yazısı çıxdı. Sevinc xanım da digərləri kimi Şahnaz xanımın həbs xəbərindən şoka düşdüyünü yazır, onun həm peşəkar jurnalist kimi, həm də bir xanım olaraq müsbət insanı keyfiyyətlərini sadalayır. Sevinc xanımın yazdıqları ilə razıyam və hisslərini də başa düşürəm. Çünki Şahnaz Bəylərqızını mən də tanıyıram. Deputat olarkən, o vaxt onun çalışdığı "Azadlıq" radiosunda bir neçə dəfə qonaq olaraq müsahibi də olmuşam. Kifayət qədər kübar, savadlı, hazırcavab bir jurnalist təəssüratı yaradan birisi kimi qalıb xatirimdə. Zaman-zaman yazılarını da oxumuşam. Adətən soyüşdən, təhqirdən, emosiyalardan uzaq çıxışlar edib. Ancaq məsələ burasındadır ki, ondan fərqli olaraq bir çoxları Şahnazın siyasi baxışları, iqtidar barədə guya ki, tənqidçı çıxışlarına görə həbs olunduğunu irəli sürür və buna siyasi don geydirməyə çalışırlar. Bax bu nə qədər düzgündür? Əslinə qalanda bü gün iqtidarın ayrı-ayrı nümayəndələrinə qarşı Sevinc Telmanqızıdan kəskin, bir sıra hallarda hətta emossional (buna görə tamaşaçılardan üzr də istəyir) tərzdə çıxış edən birisini tanımıram. Elə isə hörmətli Sevinc xanıma ritorik sualla müraciət edirəm: bəs sizi niyə həbs etmirlər? Ona görə ki, dedikləriniz fikirlərdə və qapıldığınız hisslərdə səmimisiz. Söylədikləriniz faktlara əsaslanır. Şər-böhtandan uzaqsınız. Vətənə xəyanət yolu tutmayıbsız. Şahnaz Bəylərqızına irəli sürülən ittihamlardan biri də "Qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq tərədildikdə" maddəsidir. Bunun isə nə olduğunu xırdalamağa ehtiyac görmürəm. Deməli bu həbs heç də əsassız deyil. Bilmədiyimiz nələrsə var. Ancaq istintaq gedir və hər şey məhkəmədə aydın olacaq. Mən də sizin kimi sidq ürəkdən arzu edirəm ki, Sahnaz xanıma qarşı irəli sürülən şübhə və ittihamlar öz təsdiqini tapmasın və tezliklə azadlığa çıxsın. Əks halda isə.. Vətənə xəyanət bağışlanılmır! Bu məsələdə nəinki dost-tanış, hətta "gözümün işığı" saydığım insanlara belə güzəşt etmərəm. Qolundan tutub özüm giliotinə apararam. Mənim aləmimdə, aslanın erkəyi-dişisi olmadığı kimi, Vətən xainlərinin də kişisi-qadını, cavanı-qocası yoxdur. Necə deyərlər: "Söz konusu Vətənsə, gerisi təfərrüatdır!"..
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00