Suraxanı rayon Polis idarəsinə yeni rəis təyin olunub

Suraxanı Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

Bu
barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Belə ki, Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli vəzifəsindən azad olunub. Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov keçən ay Naxçıvan MR-in daxili işlər naziri təyin olunmuşdu.

Xəbər lenti
Çox oxunanlar