Sabirabad sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb

Sabirabad rayon sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə rayon mərkəzindəki “Şamaxı” adlanan məsciddə baş verib.
Belə ki, Sabirabad şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədova Adilə Yosət qızı məscidin pəncərəsini təmizləyərkən hündürlükdən yıxılıb. Hadisə zamanı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
A.Məmmədova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar