Sabirabadda ağır qəza - Yaralılar var

Sabirabadda yol qəzası baş verib.
"Protest" xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb. "Mercedes sprinter" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Digər 2 nəfərə ambulator yardım edilib. Faktla bağlı araşdırma aparılır.

Çox oxunanlar