Kamran Əliyevdən yeni TƏYİNATLAR

Lənkərana yeni hərbi prokuror təyin edilib.
"Protest" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Zaqatala hərbi prokuroru Əli-Məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.
Baş prokurorun digər əmri ilə, Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru vəzifəsinə təyin edilib.

Xəbər lenti
Çox oxunanlar