Xəbər verdiyimiz kimi, aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamı sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq "təbii dondurma"nın üstünlüyünün vurğulanması istifadəçilərin kəskin etirazı ilə qarşılanıb. Şərhlərdə həm Taleh Yüzbəyov, həm də reklamı hazırlayan şirkət sərt tənqid olunub.
protest.az xəbər verir ki, ilk reklam ətrafında yaranan qalmaqaldan cəmi bir gün sonra aktyor yeni reklam çarxını təqdim edib.
Bu dəfə reklamda yaltaqlıq edən kişilər tənqid hədəfinə çevrilib.
Lakin ikinci reklam da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi bildirib ki, ilk reklam çarxında estetik əməliyyat etdirən qadınların təhqir olunduğunu düşündükləri halda nə aktyorun, nə də reklamı hazırlayan şirkətin üzr istəməsi narazılığı daha da artırıb.
Şərhlərdə "İlk reklamda estetik əməliyyat etdirən qadınları aşağıladığınıza görə üzr istəməyənə qədər sizi bağışlamayacağıq" kimi fikirlər yer alıb. Bəzi istifadəçilər isə reklamı sifariş edən şirkətin məhsullarını boykot edəcəklərini açıqlayıblar.
Artan tənqidlər fonunda Taleh Yüzbəyov da susqunluğunu pozaraq onu tənqid edənlərə sərt cavab verib.
Aktyor paylaşımında bunları yazıb:
"Əziz xanımlar. Siz ali cins deyilsiniz. Mövcud iki bioloji cinsdən birisiniz. Ona görə kişilər kimi sizi də tənqid etmək mümkündür və bu, normaldır.
Estetik əməliyyat kimlərinsə seçimidir. Estetik gözəlliyi bəyənib-bəyənməmək də başqalarının seçimidir. Buna görə belə kütləvi isterika yaşamayın.
Bu reklamların növbəti seriyalarında qəhrəmanlar kişilərdir. Həmin videolarda da sizdən eyni həssaslıq və aktivliyi gözləyirəm".
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30