İntensiv yağış Balakəndə fəsad törətdi

Balakən rayonunun bəzi yaşayış məntəqələrində intensiv yağan yağışlar səbəbindən su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.
protest.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda işlər FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən həyata keçirilir.

Çox oxunanlar