"Hazırda ev şəraitində müalicə olunuram".
Bunu protest.az-a açıqlamasında Xalq artisti, kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov bildirib.
Şeyx Əbdül kimi tanınmış sənətkar ona tibb bacısının ayrıldığını söyləyib:
“Hazırda ev şəraitində müalicə olunuram. Mənim üçün tibb bacısı ayırıblar. İkinci müalicə prostatla bağlı olacaq. Hazırkı mərhələdə mədə-bağırsaq və bronxda vəziyyət yerinə düşür. İki günlük müalicəm qalır, sistemlər qoşulur. Artıq ümumi sağlamlıq durumum 60%-ə yaxın yaxşılaşıb. Amma bədənimdə hələ müalicə olunası xəstəliklərim var. Onları mərhələ-mərhələ yoluna qoymağa çalışacağıq. Allahın dediyi olacaq. Həkimlər də, dostlar da əllərindən gələni edirlər”.
Xalq artisti dostlarının ona mütəmadi olaraq zəng etdiklərini vurğulayıb:
“Dostlarım mütəmadi olaraq, zəng etməklə əlaqə saxlayırlar. O gün Hacı Nuran da gəlmişdi. Çəkiliş də etdik. Çox gözəl söhbət alındı. Sadəcə olaraq, ev şəraitim elədir ki, dəyərli dostlarımı çağırmağa utanıram”.
Xatırladaq ki, Xalq artisti yanvarın 29-da səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, bronxit, prostat, mədə-bağırsaq və beldə sürüşmədən əziyyət çəkir.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00