Dəyanət Cəfərov döyərək öldürülüb

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən ekspert və kriminalistin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, ölüm səbəbi, xəsarətlərin yaranma mexanizmi və digər halların müəyyən edilməsi üçün zəruri tədbirlər görülüb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür. Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb

Çox oxunanlar