Nicat Lənkəranskini kimlər öldürmək istəyib? – Silahlı insidentə görə saxlanılan ÜÇ NƏFƏRİN ADI

Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlanılan şəxslərin hamısının kimliyi bəlli olub.
Şübhəli şəxs qismində tutulan şəxslər Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev adlı şəxslərdir. Onların hamısının əslən naxçıvanlı olduğu bildirilir. Hadisə zamanı küçədə iki nəfəri silahla yaralayan şəxs Şahmar İsmayılov olub.
İddialara görə, kriminal hesablaşma çərçivəsində o, Nicat Lənkəranski (Nicat Əkbərov) və Seymur Həsənovu vurmaq istəyib. Lakin atəş açan zaman hədəfdən yayınıb. Nəticədə iki başqa vətəndaş kriminal klanlar arasındakı hesablaşmanın qurbanı olub. Güllə yarası alan həmin iki nəfər xəstəxanaya yerləşdirilib.

Çox oxunanlar