Bakıda bank mühafizəçisi iş vaxtı hücuma məruz qalaraq döyülüb

Bakının Nərimanov rayonunda dava zamanı mühafizəçi döyülüb.
Hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.
Belə ki, “Unibank”ının əməkdaşı 1994-cü il təvəllüdlü Bağırov Lətif İsmayıl oğlu işdə olan zaman qəfil naməlum şəxslərin hücumuna məruz qalıb.
O döyülərək ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar