Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Protest”ın məlumatına görə, hadisə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində baş verib.
Belə ki, Masallı rayon sakini Namiq Eynullayevin idarə etdiyi VAZ-217030 markalı avtomobil Miri Ağayevin idarə etdiyi VAZ-21043 markalı avtomobillə toqquşub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, qəza nəticəsində VAZ-21043 markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və VAZ-217030 markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00