İmişlidə qəzaya düşən qadın səkkiz gün sonra ölüb

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alan qadın 8 gün sonra ölüb.
Protest xəbər verir ki, aprelin 24-də İmişli-Bəhrəmtəpə avtomobil yolunun Rəsullu kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Aydın Əlinağı oğlu Xankişiyev idarə etdiyi “Lexus LX 570” markalı avtomobillə 1960-cı il təvəllüdlü Qaytaran Zalı oğlu Aslanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. “Mitsubishi”də sərnişin qismində olan Səma Sədi qızı İmanova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına daxil olub.
Həkimlərin səyinə baxmayaraq S.İmanova orada ölüb.

Xəbər lenti
Çox oxunanlar