Sumqayıtda iki yaşlı uşağı avtomobil vuraraq öldürüb

Sumqayıtda 2 yaşlı uşağı avtomobil vurub.
1970-ci il təvəllüdlü Nabatalıyev Sübhi Nabatalı oğlu Sumqayıt şəhəri, Ceyranbatan bağları, “Beton zavod” adlanan ərazidə idarə etdiyi BMW markalı avtomobillə məhəllə arası küçədə arxaya doğru hərəkət edərkən ehtiyatsızlıqdan 2021-ci il təvəllüdlü Xəyalə Dövran qızı Zamanovanı vurub.
Nəticədə Xəyalə Zamanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar