Sumqayıtda yolu keçmək istəyən 3 nəfəri avtomobil VURDU

Sumqayıtda yolu keçmək istəyən 3 nəfəri avtomobil vurub.
Hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Biri kişi, ikisi qadın olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Kişinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar