Kim də məni görür, soruşur ki, bu işlərin axırı nətər olacaq? Taksiyə minirəm, sürücü soruşur ki, Kera, bu işlərin axırı nətər olacaq? Sağa baxıram, bir də görürəm kimdisə maşının şüşəsini aşağı salıb soruşur ki, brat, bu işlərin axırı nolacaq? Şəhərdə tualetə girirəm, bir manat verirəm ki, pulu çıx, bir də görürəm kimdisə başını deşikdən çıxarıb soruşur ki, nolacaq e bu işlərin axırı. Hər dəfə də əl atım cibimdən siqaret çıxaranda 10 manat yapışıb siqaretin paçkasına düşür yerə, arxadan kimsə çağırır ki, pulun düşdü. Əyilib pulu götürüb adama təşəkkür edəndə üzümə baxıb qayıdır ki, bıy, necəsən? Bir az hal-əhvaldan sonra bu da soruşur ki, nolacaq bu işlərin axırı. Cavab da verə bilmirəm. Yalandan adamların üzünə gülməkdən üzüm qırışıb.
Axırdı da. Axır nətər olur ki?