"Prezident İlham Əliyevin 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış təkcə enerji sektorunun cari vəziyyətinə dair hesabat xarakteri daşımır. Bu çıxış əslində Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunun, enerji strategiyasının, geosiyasi mövqeyinin və gələcək inkişaf konsepsiyasının sistemli təqdimatı kimi qiymətləndirilə bilər. Çıxışda enerji siyasəti ilə dövlət quruculuğu, iqtisadi inkişaf, hərbi güc, diplomatik uğurlar və yaşıl enerji keçidi arasında birbaşa əlaqə qurulur. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin sadəcə iqtisadi deyil, həm də milli təhlükəsizlik, xarici siyasət və regional liderlik strategiyasının ayrılmaz hissəsi olduğunu nümayiş etdirir".
protest.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili bildirib ki, Bakı Enerji Həftəsinin əsası 1994-cü ildə qoyulub:
"Həmin dövrdə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi sonradan qlobal enerji platformasına çevrilərək dünyanın ən nüfuzlu enerji tədbirlərindən biri statusunu qazanıb. Bu baxımdan, Bakı Enerji Həftəsi artıq qlobal enerji siyasətinin müzakirə olunduğu beynəlxalq platformadır.
Prezident İlham Əliyevin çıxışında ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı məktuba xüsusi yer ayırması diqqət çəkən məqamlardan biridir. Dövlət başçısı Tramp administrasiyasının neft və qaz sektoruna münasibətdə daha praqmatik yanaşma sərgilədiyini vurğuladı.
Son illərdə Qərb siyasi dairələrində və bəzi beynəlxalq təşkilatlarda karbohidrogen sektoruna qarşı formalaşdırılan mənfi münasibət enerji istehsalçısı ölkələrdə ciddi narahatlıq yaradırdı. Neft və qaz hasil edən dövlətlər bəzən qlobal iqlim problemlərinin əsas günahkarları kimi təqdim olunurdu. Prezident Əliyevin çıxışında bu yanaşmanın tənqid olunması təsadüfi deyil.
Azərbaycanın mövqeyinə görə, enerji keçidi mərhələli və realist əsaslara söykənməlidir. Dünya iqtisadiyyatı hələ uzun illər ərzində neft və qaz resurslarına ehtiyac duyacaq. Buna görə də enerji təhlükəsizliyi ilə yaşıl keçid arasında balans qorunmalıdır. Prezidentin "Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz" fikri məhz bu reallığın ifadəsidir.
Prezident İlham Əliyevin çıxışında əsas ideoloji xətt ölkələrin sərvətlərinə görə deyil, həmin sərvətlərdən necə istifadə etmələrinə görə qiymətləndirilməli olduğu istiqaməti üzərində qurulub.
Bu yanaşma Azərbaycanın son 30 ildə həyata keçirdiyi inkişaf modelinin fəlsəfəsini ifadə edir. Neft gəlirləri müasir infrastrukturun qurulmasına, təhsil və səhiyyənin inkişafına, sosial rifahın yüksəldilməsinə, güclü ordu quruculuğuna, strateji ehtiyatların formalaşdırılmasına yönəldilib.
Nəticədə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb, xarici borc minimum həddə endirilib, ölkənin valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyib".
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30