Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib.
Bu barədə protest.az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
"“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, "Dövlət Gömrük Komitəsinin "Xarici Ticarətin Gömrük Statistikasına dair Hesabat"na əsasən, 2026-cı ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə olaraq 960 ABŞ dolları dəyərində mal idxal edib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr 1991-ci ildən tamamilə dayandırılıb.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00