Ramil Şeydayev "Neftçi"dən getdi

"Neftçi" və futbolçu Ramil Şeydayev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
protest.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş Şeydayev "Neftçi"nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.


Çox oxunanlar