Titulsuz qalan “Neftçi” dəyişikliklər astanasında: Baş məşqçi və səkkiz futbolçu göndərilir

Mövsümü titulsuz başa vuran “Neftçi” böyük dəyişikliklərin astanasındadır.
“Qəbələ”yə qarşı final matçından öncə hər nə qədər baş məşqçi Laurentsiu Regekampfın postunda qalacağı açıqlansa da, əslində vəziyyət fərqlidir.
Protest.Az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” rumın çalışdırıcı ilə yolları ayırmaq niyyətindədirlər.
47 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında getməyə isti yanaşmır. O, paytaxt təmsilçisindən təzminat tələb edir. “Neftçi” məsələni yoluna qoymaq üçün variantlar axtarır.
Baş məşqçidən başqa bir neçə oyunçunun da yola salınması gündəmdədir. Qapıçı İvan Brkiçlə müqaviləni yeniləyən “Neftçi” digər qolkiper Aqil Məmmədovu yola salmağa hazırlaşır. Onun əvəzində “Səbail”dən Emil Balayev heyətə cəlb ediləcək.

Xəbər lenti
Çox oxunanlar