“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu (1:1) şərh edib.
Mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Maraqlı oyun alındı. Dinamika var idi. Bizim üçün heç də asan deyildi. İstədiyimiz formada deyildik. Futbolçularım sona qədər xarakter göstərdilər. Onları təbrik edirəm. Bu gün çox yaxşı “Neftçi”yə qarşı oynayırdıq. Düşünürəm ki, vacib xal qazandıq. Qarşıdakı günlərdə çatışmayan elementləri yaxşılaşdıracağıq.
Lukaya hirsləndim. Bir az sərt danışdım. Belə hallar olur. Azarkeşlər də bəzən nalayiq ifadələr işlədirlər. Futbol düşünülməmiş epizodlar üzərində qurulub. Biz azarkeşlər üçün oynayırıq".
Qurbanov heyətdəki itkilərdən də söz açıb: "Dünəndən Maksim Medvedevin qızdırması oldu. Oyundan qabaq da vəziyyət eyni idi. Bədavi məcburiyyətdən o cinahda oynadı. Oyunun gedişatına görə baxacaqdım".
"Qarabağ"ən çalışdırıcısı hava şəraitinin oyuna təsir etdiyini qeyd edib: "Bəzi düşüncələr meydançada gecikirdi. Hava şəraiti oyuna təsir edirdi. İlk hissə qapıya, hakimə, futbolçulara baxırdım. Fasilədə oyunçulara tapşırıq verməkdə də çətinlik çəkirdim".
O, heyətdəki dəyişikliklərə də toxunub: "Hər oyunçunun missiyası fərqlidir. Əsas heyət futbolçuları istəklərimizi rahatlıqla tətbiq edirlər. 1-2 dəyişiklik çox təsir etməsə də, 5-6 dəyişiklik özünü göstərir. Hər bir halda, bütün futbolçular eyni cür ola bilməz. Bu günə qədər yanılmamışam. Lazımi nəticələri əldə etmək üçün oyunçularım əziyyət çəkirlər".
Qurban Qurbanov son günlər klubun fotoqrafı ətrafında yaranan müzakirələrə də münasibət bildirib: "Bir məsələyə əmin olmaq üçün onu yüzdə yüz dəqiqləşdirmək lazımdır. Fotoqraf Elmirlə bağlı məsələni sosial şəbəkələrdə gördüm. Burada onu müzakirə etmək istəmirəm. Neçə illərdir ki, o, çox əziyyət çəkir. Hamı onun xətrini çox istəyirdi. Rəhbərliyin də onunla iş birliyi olurdu. Birdən-birə belə məsələnin üzə çıxması heç də xoş deyil. Bu klubda mən gəldiyim gündən həmişə imkansızlara böyük yer ayrılıb. Məncə, bu, çox ciddi məsələ deyil. O qədər olub ki, rəhbərlik və məşqçi dost olublar, amma xırda məsələyə görə yolları ayrılıb. Xırda detallarla yaxından maraqlansaq, bilsək, daha yaxşı olar. Hər bir Azərbaycan Respublikasının Vətəndaşına gözümüzün üstündə yeri var".
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00