"Çelsi" 15 yaşlı futbolçu transfer edir

"Çelsi" Ekvadorun "İndependiente del Valle" klubunun yarımmüdafiəçi Kendri Paeslə şifahi razılığa gəlib.
Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb. Tərəflərin razılaşmanı yekunlaşdırmağa yaxın olduğu bildirilir. Cənubi Amerikanın əsas istedadlarından sayılan 2007-ci il təvəllüdlü ekvadorlu yarımmüdafiəçi 18 yaşı tamam olanda London klubuna keçə biləcək.
Daha əvvəl futbolçu ilə "Mançester Yunayted", "Bayer" və Dortmund "Borussiya"sının da maraqlandığı bildirilirdi.
Bu mövsümdən 15 yaşlı mərkəz yarımmüdafiəçisi "İndependyente"nin gənclər komandasında çıxış edir. O, Ekvadorun 17 yaşadək futbolçulardan ibarət milli komandasının heyətində 5 oyunda 3 qol vurub.


Xəbər lenti
Çox oxunanlar