Messinin qələbədən sonra fikirləri

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin 1/8 finalında Avstraliyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.


Protest.az xəbər verir ki, sözügedən görüşdə komandasının ilk qolunu vuran 35 yaşlı hücumçu deyib: “Oyuna nəzarət etdik. Düşünürəm ki, Martinesin son seyvindən başqa, çox problemimiz yox idi. Bu qarşılaşmada gərgin mübarizə gedirdi. Çox şadam ki, qalib gəldik. Kuboka doğru daha bir kiçik addım atdıq".

Xəbər lenti
Çox oxunanlar