Erməni hərbçisi azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, o əlverişsiz hava şəraiti səbəbindən itib və Azərbaycanın nəzarətində olan ərazidə qalıb. Ermənistan Müdafiə Nazirliyi əslində bir erməni əsgərinin tutulmasını təsdiqləyib.
İdarədən deyilir ki, ilkin məlumatlara görə, 21 mart saat 12:20 radələrində hərbi mövqelərə ərzaq çatdıran əsgər duman səbəbindən itib və Azərbaycan tərəfinin nəzarəti altında olan əraziyə girib  
Bundan dərhal sonra axtarış və xilasetmə işləri başlanıb.Azərbaycanın nəzarətində olan əraziyə giriş və əsgərin geri qaytarılması üçün tədbirlər görülür. 

Çox oxunanlar