Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan və ya zədələnən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti müəyyən edilib.
İstintaq çərçivəsində 99-u podratçı, 149-u tikinti nəzarətçisi, 13-ü bina sahibi, 18-i binada dəyişiklik edən şəxs olmaqla, bütövlükdə 279 şübhəli həbs edilib.
Həmçinin 77-si podratçı, 217-si binaya cavabdeh, 45-i bina sahibi, 31-i isə binada dəyişiklik edən 370 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.
Bundan başqa, 250 şübhəli barəsində saxlanılma, 95 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq şübhəlilərdən 50-nin həyatda olmadığını, 2 nəfərin isə həbsdə olduğunu müəyyən edib. Araşdırmalar zamanı 22 şübhəlinin xaricdə olduğu üzə çıxıb. 103 şübhəli isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30