Gürcüstan ordusunun azərbaycanlı hərbçisi Yusif Nəsibov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
"Protest" gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb."İyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi əsgəri Yusif Nəsibovun (2005-ci il təvəllüdlü) ölümü ilə bağlı araşdırmalara başlayıb. Adıçəkilən hərbi qulluqçunun üzərində dirək silahı taxılmış, gecə-gündüz növbətçilik həyata keçirilib. Silah səsi ilə əlaqədar postda yoxlama aparılıb və Y.Nəsibovun meyiti aşkar edilib", - məlumatda deyilir.
İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə yerində ölüb.
Hazırda faktla bağlı Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00