İstanbulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Protest" Türkiyə mətbuatına istinadən xəbər verir ki, TEM şosesi Bolu Dağ Tunelinin çıxışında lüks avtomobil yük maşınının qoşqusuna çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, lüks avtomobilin sürücüsü əzilmiş maşının içərisində qalıb. Maraqlısı budur ki, həmin şəxs xilasedicilər gələnə qədər telefon danışığına davam edib. Sürücü xilasedicilərin yarım saatlıq əməyi nəticəsində avtomobildən çıxıb.
Xəsarət alan kişi xəstəxanaya çatdırılıb.

Dubaydakı Konsulluğumuz hərəkətə keçdi - Zeynəb Cavadlı məsələsi böyüyür
Su ehtiyatlarımız azalır: Azərbaycan 35 ölkəlik risk qrupundadır