Hindistan rəsmisi suya düşmüş telefonunu axtarmaq üçün su anbarını boşaltdı

Qida müfəttişi Rajesh Vishvas, suya düşmüş telefonunu tapmaq üçün Hindistanın Chhattisgarh əyalətindəki bir su anbarını boşaltdı.
 Bu barədə mayın 27-də The Indian qəzeti məlumat yayıb. Onun 1,2 min dollarlıq dəyəri olan yeni "Samsung S23 ultra"  smartfonunu, dostları ilə istirahət zamanı selfi çəkdirərkən suya düşüb. Əvvəlcə o yerli sakinlərdən bir neçəsinə pul verərək  su hövzəsinə girmələrini və cihazı tapmalarını istəyib, lakin iki gün ərzində buna nail ola bilməyib. Cənab Vishvas telefonu əldə etmək istəyini onun içində mühüm hökumət məlumatlarının saxlanması ilə izah edib.Bundan sonra o, Su Departamentindən suyun pompalanmasını istədi və səviyyələri bir neçə fut azaltmaq üçün şifahi icazə aldı. Daha sonrasa bir nasos icarəyə götürdü və iki gün ərzində suyu anbardan  boşaltdı. Ancaq bütün bunlardan sonra  da  tapılan telefonun işləmədiyi məlum oldu. Bundan sonra vişvas quraqlıq zamanı yerli sakinlərin istifadə etdiyi suyu boşaltdığı üçün səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıldı. Və bu səbəbdən də vəzifəsindən uzaqlaşdırıldı.

Çox oxunanlar