Ermənilər kosmosa peyk göndərir

Peyk idarəetmə mərkəzinin açılması ilə bağlı texniki işlərlə məşğul olmaq üçün yaxın vaxtlarda işçi qrupu Ermənistana gələcək. Ermənistanın ilk peyki ArmSAT-1 istismara tam hazırdır, peykin bütün alt sistemləri lazımi sınaqlardan keçib. Bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda Ermənistanın özündən və erməni mütəxəssislər tərəfindən peyk idarəetmə sisteminin yaradılması istiqamətində işlər aparılır.
"Hazırda biz peyk idarəetmə mərkəzinin tikintisi üzərində işləyirik və yaxın vaxtlarda quraşdırma işləri ilə məşğul olmaq üçün Ermənistana işçi qrupu gələcək. Artıq lazımi avadanlıqların böyük hissəsi Ermənistana gəlib, müvafiq mütəxəssislər tərəfindən müayinə aparılır. Zəruri təlimlər keçirilməlidir”, - deyə şöbə müdiri vurğulayıb.
Xaçatryan qeyd edib ki, proqrama dövlət dəstəyinin məqsədi kosmik texnologiyalarla bağlı potensialın inkişafıdır. Və artıq bir neçə erməni şirkəti layihəyə öz töhfəsini verməyə hazır olduqlarını bildirib.
Nazir bildirib ki, hökumət peyk tikintisinin inkişafını perspektivli vəzifə kimi qarşıya qoyur və bu da öz növbəsində bir sıra əlaqəli sənaye sahələrinin inkişafına təkan verəcək. "Söhbət optika, mikroelektronika, proqramlaşdırmanı əhatə edən şaxələndirilmiş sahədən gedir. Məhz buna görə də peyk tikintisi Ermənistanda son dərəcə sərfəli layihə olacaq", - nazir bildirib.
Xatırladaq ki, "Urdaneta" adlı peyk Ermənistan üçün İspaniyanın "Satlantis" şirkəti tərəfindən istehsal edilib. Buraxılış 2022-ci il may ayının sonunda baş tutub, buraxıldıqdan sonra onun adı ArmSAT-1 olaraq dəyişdirilib.

Çox oxunanlar