Ermənistan müdafiə nazirinin qaynına "yağlı" vəzifə verildi

Ermənistanın müdafiə naziri Suren Papikyanın həyat yoldaşının qardaşı Armen Muradyan “HayPost” şirkətinin direktorunun maddi-texniki təminat üzrə müşaviri təyin edilib. Protest.az erməni  mənbələrinə istinadən yazır.
Qeyd edilir ki, Muradyan əvvəllər “Coca-Cola” şirkətində çatdırılmaçı olsa da, sonradan bir neçə ay işsiz qalıb.
 “Haypost”a təyinat zamanı bəzi məlumatlar saxtalaşdırılıb, buna baxmayaraq, “iş yoluna  qoyulub”. İndi isə Muradyan yüksək maaşlı və onun əmək ixtisasına və təhsil keyfiyyətinə uyğun gəlməyən asan işə düzəlib.
Bununla bağlı şərh almaq üçün  “Haypost” şirkətinə müraciət edilsə də, oradan yazılı sorğu göndərməyi tələb ediblər.
Bir neçə gün sonra isə cavab gəlib ki: " tələb edilən məlumatlar  məxfidir və qanunvericiliyə uyğun olaraq açıqlana bilməz".

Xəbər lenti
Çox oxunanlar