Yaponiyada güclü zəlzələ

Yaponiyada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

protest.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar cümə günü yerli vaxtla saat 12:46-da baş verib.

Məlumata görə, zəlzələnin episentri Çiba prefekturasının Toqane şəhərindən 14 kilometr şimal-şərqdə, Narita şəhərindən isə 26 kilometr cənub-şərqdə yerləşib.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün də Yaponiyada güclü zəlzələ qeydə alınmışdı.

Çox oxunanlar