Rusiya Ermənistandan balıq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri genişləndirib.
protest.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Məlumata görə, Ermənistanda fəaliyyət göstərən daha iki balıq emalı müəssisəsinin məhsullarının sertifikatlaşdırılması əvvəllər aşkar edilmiş pozuntular aradan qaldırılanadək müvəqqəti dayandırılıb.
Bununla da Rusiya Ermənistandan bütün növ balıq məhsullarının idxalını faktiki olaraq dayandırıb.
Qeyd edək ki, iyunun 2-dən etibarən Rusiya Ermənistandan balıq idxalına məhdudiyyət tətbiq etmişdi. "Rosselxoznadzor"un bildirdiyinə görə, Rusiyaya balıq ixracı ilə məşğul olan Ermənistan şirkətlərinin əksəriyyəti yoxlamalardan keçməyib və ya yoxlamaların aparılmasından imtina edib. Bu səbəbdən onların məhsullarının sertifikatlaşdırılması pozuntular aradan qaldırılanadək dayandırılıb.
Xatırladaq ki, Rusiya bundan əvvəl də Ermənistandan meyvə-tərəvəz, gül, bəzi növ konyak və şərabın, eləcə də "Cermuk" mineral suyunun idxalına və satışına qadağa tətbiq etmişdi.
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00