26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup şəhid ailəsi üzvlərinin Zəngilan rayonuna səfəri təşkil olunub.
protest.az xəbər verir ki, fəxri qonaqlar işğaldan azad olunmuş torpaqlara qayıdışın ilk ünvanı olan Ağalı kəndində keçirilən “İgidlərin sözü” bədii-musiqili proqramın qonağı olublar.
Ağalı Hoteldə keçirilən bədii-musiqili tədbirin iştirakçıları Vətən Müharibəsi qaziləri - şair və musiqiçilərin ifasında "İgidlərin sözü" bədii-musiqili kompozisiya təqdim olunub. “Söz” İncəsənət Multidisiplinar Mərkəzinin hazırladığı proqramda tar, ud alətlərinin müşaiəti ilə vətənpərvərlik mövzusunda Vətən müharibəsi qazisinin ifasında mahnılar ifa olunub, qazi şairlər isə öz şeirlərini səsləndiriliblər. Daha sonra bədii proqramın ifaçıları ilə şəhid valideynləri arasında yaranmış ünsiyyət zamanı qazi və şəhidlərimizin döyüş yolundan, tarixi zəfəri təmin edən Şanlı ordumuzdan, igid əsgər və zabitlərimizdən bəhs edilib.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ünvanına minnətdarlıq hissləri ifadə edilib.
Ağalı Hotelin qarşısında səfalı mənzərəsi olan gölün sahilində açıq havada keçirilən tədbirə yerli sakinlər və ərazidə çalışanlar da qatılıb.
Ertəsi gün səfəri çərçivəsində qonaqlar ötən ay ölkə başçısı tərəfindən açılışı baş tutmuş Zəngilan şəhər yaşayış kompleksi ilə tanış olub, yeni evlərdə məskunlaşmış sakinlərlə görüşüblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hər il təşkil etdiyi Silahlı qüvvələr Günü şəhid ailəsi üzvlərinin səfərləri ənənəvi olaraq Zəngilan Məscidində tamamlanıb. Məscidin axundu Şəhid ailələrinə işğal dövründə dağıdılmış ibadət ocaqlarınız haqqında məlumat verib, keçmiş Zəngilan məscidinin konservasiya edilmiş binasındakı sərgi ilə tanış edib. Sonda Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna namaz qılınıb, dualar oxunub.
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00