Bakıda binadan yıxılan kişi öldü

Bakıda binadan yıxılan şəxs vəfat edib.
Hadisə iyunun 12-si saat 03 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.
1988-ci il təvəllüdlü Qurban Gündüz oğlu Abbasov yaşadığı H.Quliyev küçəsindəki binanın eyvanından yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Çox oxunanlar