Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb. Nəticələrə əsasən, 40 mindən çox namizəd müvafiq sistemdən qeydiyyatdan keçib.
protest.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində keçirilən “Son zəng” tədbirində deyib.
"Məlumatların emalından sonra müraciəti təsdiqlənən namizədlər növbəti mərhələ olan ödəniş prosesinə yönləndirilir. Müsabiqənin test imtahanı mərhələsinin isə iyul ayının əvvəlində keçirilməsi planlaşdırılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumatına görə, Nazirlər Kabineti qərarına əsasən, MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla həyata keçirilir və iştirak rüsumu 60 manat müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlərdən rüsum tələb olunmur: Müsabiqədə ilk dəfə iştirak edən namizədlər; Şəhid ailələrinin üzvləri; Müharibə veteranı statusu olan şəxslər; Əlilliyi olan şəxslər; Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri".
Bildirilib ki, namizədlərin ödənişdən azad olunma statusu müvafiq dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılacaq.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00