İsrail hərbçiləri son bir həftə ərzində Livanın cənubunda fəaliyyət göstərən iki ayrı "Hizbullah" qrupunu aşkarlayaraq zərərsizləşdirib.
protest.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 7 silahlı şəxsdən ibarət olan qruplar sursat, minaatan mərmiləri və ərzaq ehtiyatlarının saxlanılması, həmçinin İsrail qüvvələrinə qarşı hücumların təşkili üçün istifadə edilən yeraltı keçiddən yararlanıblar.
IDF-in məlumatına əsasən, əməliyyat İsrail Hərbi Hava Qüvvələri, artilleriya bölmələri və pilotsuz uçuş aparatlarının koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçirilib. Nəticədə sözügedən yeraltı marşrutdan istifadə edən bütün silahlılar zərərsizləşdirilib.
Qeyd olunub ki, əməliyyatdan sonra ərazidə aparılan axtarış zamanı "Kalaşnikov" avtomatları, müxtəlif hərbi təchizat vasitələri, raket buraxılış nöqtələri və əlavə silah-sursat aşkar edilərək məhv olunub.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00