Bakıya sərnişin daşıyan maşın Masallıda qəzaya düşdü - Ölən var

Astaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.
protest.az-ın məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.


Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.

Çox oxunanlar