Bakınin ən tanınmış xanımlarından biri; onu siz də tanıyın...

"Vətən" Kinoteatrı... Bakının ən ikonik yerlərindən biri. O, Bakının ən məşhur küçəsində, bakılıların o vaxtlar və indi də "Torqovı" adlandırdıqları "Nizami" küçəsində yerləşirdi. 1896-cı ildə tikilmiş  Hacı Rəcəbəli Hacıyevin qədim evi hələ də orada yerləşir və kinoteatr da məhz orada fəaliyyət göstərirdi.
Əfsanəvi Gita Bessantina da "Vətən"-i idarə edirdi. O, inanılmaz bir novator idi - Bakıda səhər və günorta seanslarını  və tarixi filmlərin nümayiş olunduğu unikal "İnqilab şöhrəti" zalını  yaradan ilk şəxs idi. Amma ən əsası, bu kinoteatr böyük italyan rejissorlarının filmlərini gecə yarısı nümayişlərinə ev sahibliyi edən yeganə məkan idi. Bu filmlərdəki yüngülvari erotika xüsusilə xoş qarşılanırdı. Kinoteatrdan çıxan insanlardan " baxmağa bişey-mişey varmı?" soruşulurdu. Sovet ekranlarında, xüsusən də Bakıda erotizm tamamilə başqa bir mövzudur! Bəzən təzə filmlər gələndə "Vətən"ə girmək mümkün olmurdu."Əmək Qəhrəmanları" və hər cür məmurlar ona baxmaq üçün növbəyə düzülürdü, lakin onlardan da çox az adam bilet ala bilirdi. Ona görə də ən yüksək eşalonlarda işləyən şəxslər belə onunla kontakt yaratmağa can atırdı.
Məni Gita ilə, onun özündən heç də az məhşur olmayan, Bakı əfsanəsi Yuliy Qusman tanış etdi. Və o vaxtdan da mən onun "öz adamı"ndan  biri oldum! Gita axşamlar kinoteatrın yanında dayanardı və yoldan keçənlər onu görəndə səslərini aşağı salardı- çünki bilirdilər ki, Gita istənilən şəxsə yerini göstərə  bilərdi. Deyirdilər ki, o,  "Vətən"-də 1951-ci ildən  işləyib. Mən dəqiq bilirəm ki, o, 1994-cü ildə Bakıdan İsrailə gedib. Gitanın qızı Qalina Qayduk mənə onun şəklini göndərdi. Və dedi ki,  Gitanın nəvəsi Vera, 1990-cı ilin dəhşətli yanvar hadisələrində vəfat edib və bu da onun İsrailə getməsinə qismən səbəb olub. Qalina həmçinin 2000-ci ildə vəfat edən və Hayfa qəbiristanlığında dəfn edilən Gitanın məzarının da şəklini göndərdi.

Mixail Deqtiyar

Çox oxunanlar