Rus xalqına deyil-bu xalq böyük tarixə, ədəbiyyata, mədəniyyətə sahib bir xalqdır; mən Rus imperializminə nifrət edirəm. Bu günlərdə qarşıma çıxan bir videodan sonra bu nifrət hissim birə-beş artdı. Bir daha əmin oldum ki, bu imperiya qan və süngü üzərində qurulub. Və dağılıb rədd olub, tarixdən silinməlidir. Bu yazını sona qədər oxusanız əminəm ki, siz də mənimlə həmfikir olacaqsınız.
***
Uzun illər belə zənn edirdim ki, Rusiyadakı Yakutiya muxtariyyəti haradasa bizim Naxçıvan qədər ərazisi olan bir yerdir. Təsəvvürümdə də ora qralı-şaxtalı bir düzəngah, sakinləri də bir dəstə maral otaran çukçalardan ibarətdir. Bu çukçaların da adı adətən bir sıra lətifələrin gülməli qəhrəmanları kimi yada düşərdi. Amma sən demə..

***
Sən demə hazırkı Yakutiya- Saxa Respublikası Rusiyanın təxminən 5/1i qədər- 3.1 mln.kv.km-lik nəhəng bir ərazidir. . Bu dünyanın ərazisinə görə 8-ci yerdə olan Argentinadan belə böyükdür. Saxa (Yakutiya) - Respublikasının tarixi çox uzaqlara gedib çıxır. Sadəcə qısaca olaraq onu deyim ki, yerli aborigenlər vaxtı ilə buralara köç etmiş türkdilli tayfalardan formalaşıb. 17-ci əsrdən isə Rus imperiyasının nəzarətinə keçıb. Və uzun illər boyu burada katorqalara sürgün olunmuş insanlar yaşayıb. Onlar ən ağır işlərdə- mədən, meşə kəsilməsi və.s çalışıb. Hal-hazırda isə bu böyüklükdə ərazidə cəmi 1 milyona yaxın əhali yaşayır. Ki, onlar da 135 millətin təmsilçılırindən ibarətdir. Yakutiyanın ərazisinin 80% i meşəlikdən ibarətdir. Rusiya paytaxtından təxminən 9000 km məsafədə yerləşən Yakuyiyada 3 saat qütbü mövcuddur. Təsəvvür edin ki, burada havanın tempraturu yayda +40, qışda isə -75 dərəcə şaxta olur. Buradakı əhalinin yaşayışı, geyimi, yeməyi barədə oxuyanda insan dəhşətə gəlir. Əhalinin böyük əksəriyyətinin hələ də mobil telefon, krosna antenasının nə olması barədə adi bir anlayışı yoxdur.

Şəhər-qəsəbə tiplı məntəqələrdə qış aylarında avtomobillərin mühərrikləri gecələr belə işlək halda saxlanılır ki, şaxta nəticəsində sıradan çıxmasın. Əyalətlərə helikopter və ya bərə vasitəsi ilə- həftədə (və ya ayda) bir dəfə, o da adətən vaxtı keçmiş ərzaqlar göndərilir. Elə yerlər var ki, orada nə məktəb var, nə polis, nə də ki, tibb məntəqəsi. Əgər kimsə ağır xəstələnibsə bu zaman ən yaxşı halda yaxınlıqda (500-700 km) yerləşən yaşayış məntəqəsindəki həkimə zəng edib xəstənin harasının ağrımasını deyə və həkimdən hansısa məsləhətlər ala bilərsən. Vəssalam. Çünki ən yaxın yaşıyış məntəqəsinə getmək üçün saatlarla çay bərələri ilə, daha sonrasa yük avtomobili, helokopterlə getməlisən. Bax belə. XXİ əsr olmasına baxmayaraq Rus imperiyası yerli xalqları ibtidai-icma quruluşu dövründəki kimi yaşadır. Bəlkə də bunu görməzdən gəlib yan da keçmək olardı. Amma..

***
Amma diqqət edin. Bildiyimiz kimi uzun illər boyu Rusiya, Ermənistan və bu qəbildən bir çox heç bir iqtisadi gücü və təbii sərvətləri olmayan xalqları dotasiya hecabına saxlayıb. Lakin təsəvvür edin ki, Yakutiya almaz, qızıl, neft, qaz. kömür, meşə təsərüffatı, balıq və. s kimi strateji məhsullarla zəngin bir məkandır. Buradan Rusiyaya 2 neft kəməri çəkilib. Rusiyanın 95 (dünyanın isə 25%) almazı, 47% kömür, 35% qazı burada istehsal olunur. Ölkə ən nadir flora və fauna nümunələri ilə zəngindir. Bütün bunların müqabilində isə əhali ən acınacaqlı və səfil günündə yaşayır. Ölkədə irili-xırdalı 36 aeroport fəaliiyət göstərir. Onların 25i qəzalı vəziyyətdədir. ( bəzi fotolat təqdim olunur) . Buradakı təyyarə və helikopterlərin əksəriyyəti köhnə və nasaz olanlardı. Ona görə də Yakutiyada təyyarə və helikopter qəzaları sıradadan adi bir hal sayılır. Sanki bu qəzalar vaxtı ölənlər də insan deyil, hansısa meşə heyvanlarıdır.
Və bu hal da tək yakutlara yanaşmada belə deyil, o coğrafiyada yaşayan əksər millətlərə də münasibət eynidir.


***
İstər İİ Dünya müharibəsi zamanı, istərsə də son Ukrayna savaşında yerli əhalinin nümayəndələri kütləvi şəkildə cəbhəyə göndərilibdir. Yakutlar sərt iqlimə dözümlü, o cümlədən də ovçuluqla məşğul olduqlarına görə yaxşı atıcılıq qabiliyyətinə malik olduqlarına görə ən ağır nöqtələrə göndərilib. 41-45 də olduğu kimi, bu gün də onların böyük əksəriyyəti geri qayıtmır. Yakutlar və bu sıradan olan bir çox etniklərin cəbhədə göstərdikləri qəhrəmanlıqlar da ruslardan fərqli olaraq heç vaxt diqqət mərkəzinə gətirilib layiqincə qiymətləndirilməyib.
Bax budur Rus imperiyasının əsl sifəti. O bir çox millətlərin qanını gənə kimi sorur və əvəzində onları katorqaçı, qul qismində saxlayır.