Türkiyə Ermənistanda körpü tikəcək

Fevralın ortalarında Ermənistan Nazirlər Kabinetinin rəhbəri bəyan edib ki, Ermənistan-Türkiyə sərhədində, İrəvan və Ankaranın birgə bərpa etməyi planlaşdırdıqları körpünün eskizi çoxdan hazırdır.
 Ermənistan XİN-in mətbuat xidmətindən Sputnik Ermənistan-a bildiriblər ki, Türkiyə ilə sərhəddəki Ani körpüsünün eskiz versiyası hələlik hazırlanır.
Fevralın 16-da hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib: "Biz eskiz versiyasını çoxdan hazırlamışıq".
Sputnik Ermənistan: hökumətdən hazırlanmış eskizi təqdim etməsini istədik. Onlarsa tələbimizi Xarici İşlər Nazirliyinə yönləndirildi, oradansa eskizin hələlik hazır olmadığını bildirdilər. "Ani körpüsünün eskiz versiyasının hazırlandığını bildiririk. Əsas planın yaradılması üçün ixtisaslaşdırılmış Komissiyanın yaradılması imkanı nəzərdən keçiriləcək", - nazirlikdən bildirilib.
Xarici İşlər Nazirliyindən, körpünün  bərpa dəyəri və vaxtı ilə bağlı suala cavab verərərk bildirib ki, bunlar yalnız dizayn və hesablaşma sənədləri tərtib edildikdən sonra məlum olacaq.
Xatırladaq ki, Ermənistan və Türkiyə Ani sərhəd körpüsünü təmir edəcək.Bu barədə fevralın 15-də Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.

Çox oxunanlar