Hürrəm Sültan tanınmaz gürünüşdə

O, dodaqlarını silikonla şişirdib, 13 kiloqram arıqlayıb: Bu gün Hürrəm Sultanı çətinliklə tanıyarsınız. Meryem Üzərli görünüşü üçün  çox sınaqlar keçirib. Aktrisa sübut etdi ki, rolu naminə ən ağır tədbirlər görməyə hazır olub. Məsələn, Aleksandra Anastasiya Lisovska- Hürrəm Sultan , "Möhtəşəm yüz il"də təcəssüm etdirmək üçün tələb olunan çəkini  əldə etməli olub. Belə ki, rejissor sənətçinin qarşısına şərt qoyub - ya o, kökəldir, ya da rol başqasına veriləcək. Belə bir şansı əldən vermək istəməyən Üzərli, sevimli düyü pudingini yeməyə başlayıb və nəticədə 13 kiloqramı tez alıb. Boyu 173 sm olan Məryəmin çəkisi 78 kilo olub. Film üzərində işlər tamamlandıqdan sonra aktrisanın Lara adlı qızı dünyaya gəlib.  Bundan sonra o pəhriz və idmanın köməyi ilə əlavə çəkidən azad oldu. Bu gün Üzərlidə gördüyünüz "Hürrəm"dən demək olar ki, heş nə qalmayıb. Pərəstişkarlar Məryəmin dodaqlarını böyütdüyünü gördülər, bu da onun görünüşünü çox dəyişdi və bir çoxlarına görə heç də ona yaraşmır.

Çox oxunanlar