Mir Cəfər Bağırovun məzarı tapıldı

MirCəfər Bağırovun qəbrinin videosu yayılıb. Sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılan videoda məzarın Yasamal qəbiristanlığında olduğu söylənilir. O bu məzarın burada olmasının uzun müddət gizli saxlanıldığını bildirib. Görüntülərdə qəbir daşının yeni olması, o cümlədən başdaşı üzərindəki yazıların latın əlifbası ilə yazılması da bunu təsdiq edir. Əlavə edək ki, Bağırovla yanaşı onun oglu Cahangir-Vladimir Bağırov dəfn olunub.

Çox oxunanlar