HƏYƏCAN! HƏYƏCAN! HƏYƏCAN! 100 minlərlə insanın həyatı təhlükədə


HƏYƏCAN! HƏYƏCAN! HƏYƏCAN! 
100 minlərlə insanın həyatı təhlükədə
Bu gün FB-un lenti bir an içində şəkərli diabetin müalicəsi ilə bağlı reklamlarda doldu. Reklamlarda Dünya səhiyyəsinin belə əlində aciz qaldığı bu sağalmaz xəstəliyin 1 həftə ərzində tam müalicəsi ilə bağlı dərman peraparatlarının ( çay və ya kapsula şəklində) satışı təklf olunur. Qiymət də neçəyə olsa yaxşıdır? 4-14 manata. Bu gün ölkədə 300 000-dən artıq Diabet xəstəsi var . Və bu sağalmaz dərdə tutulan insanlar təbii ki, 4-14 manatından keçib "bəlkə də alındı" ümidi ilə bu cüzi miqdarda pulundan keçməyə razı olur. Yəni tutar-tutar, tutmaz da ki, tutmasın da- 4 manat nədi ki? Bəli, təbii ki, bahalı diabet pereparatlarının fonunda 4-14 manat kimin gözünə görsənir ki? Bax dələduzlar da insanlarin (həm də ki, xəstə insanların) bu düşüncəsinə söykənib pul qazanmaq yolunu seçiblər. 
***
Keçək əsas məsələyə. Deməli bunlar neyləyir? Relkam çarxında (əsasən "Oktavi", "Plain" və.s adlı səhifələrdən paylaşılır) hansısa, guya ki, "dünya şöhrətli" Rus, Türk, Yapon və.s həkimi adıyla təmtəraqlı müsahibələr dərc olunur. İçərilərində azərbaycanlı olanı da var. Bir daha qeyd edurəm ki, bu saxta adlar altında edilir. Bir neçə misal cəkim. Məsələn reklamların birində Cəmilə Çoban adlı bir xanım Elmi Təhqiqat Endokrologiya institutunun rəhbəri, tibb elmləri doktoru, "minlərlə insanın həyatını xilas edən həkim" kimi təqdim edilir. Digər bir müsahibədə isə həmin xanım bundan da təmtəraqlı titullarla Aişə Ömərova adlı başqa bir həkim təqdim olunur. Özü də "əməkdar həkim" qismində. Vikipediyada bu adlar haqda heç nə yoxdur. Google də isə Aişə Ömərovanın bu fotodakı xanım olmaması barədə məlumat yerləşdirilib. Cəmilə Çoban kimi təqdim olunan xanımın fotosu isə digər reklam səhifələrinin şərh bölümündə həm də Gülnaz və.s adlarla "müştəri" kimi keçır. Deməli müsahibələrdə o qədər ümidverici və optimist notlara köklənmiş fikirlər yer alir ki, xəstə az qala həmin reklam olunan dərmanın dalınca ayaqyalın qaçmaq istəyir. Bu reklamlar başqa-başqa səhifələr tərəfindən təqdim olunsa da bir mərkəzdən idarə olunduqlarını sezmək heç də çətin deyil. Bunu səfhifələrin altında əksəri eyni olan şərh və bəyənmələrin olması da sübut edir. 
Qeyd edim ki, həmin şərh və bəyənmələr də saxta profillər tərəfindən həyata keçirilir. Belə ki, şərhçilərdən biri nə az-nə çox Milli Məclisin sədri Sahibə Qafarovanın fotosundan istifadə edib. Digər bir saxta profil isə öz fon şəklinə deputat Jalə Əliyevanın fotosunu yerləşdirib. 
***
Bəs əslində pərdə arxasında nə baş verir. Deməli hansısa diabetik, müsahibəni oxuyur və sevincindən az qala göylərə qalxır. Və tələsik telefonla zəng edir. Bu vaxtı məlum olur ki, demə dərmanın və ya çayın bir gün (və ya 10 günlük) qiyməti 4-14 manatdır. Müalicə üçünsə təxminən 2-3-4 aylıq dərman almaq lazım imiş. Bu isə təxminən 200-300-400 man edir. Baxır "tələ"yə düşənin durumuna. Burada qeyd edim ki, əlaqə saxlayan incə səsli, nəzakətli xanımlar xəstəliyin tarixçəsi bəhanəsiylə həm də müştəri haqda lazım olan digər məlumatları da öyrənə bilirlər ki, bu da onlara hansı miqdarda dərman "yükləmək" üşün lazım olur. Məsələnin incəliklərinə dərindən bələd olmaq üçün mən də əlaqə nömrəmi göndərdim. Çox operativ-təxminən 2 dəqiqə sonra əlaqə saxladılar. Diktafonu yandırmaq bəhanəsi ilə " maşın sürürəm 2 dəqiqəyə zəng edin zəhmət olmasın" xahişimdən şübhələndiklərini hiss etdim. Və zənnimdə yanılmadım. Zəng etmədilər. Özüm yığanda isə nömrəmi bloka atdıqları məlum oldu.
 Bu gün bir sıra sosial şəbəkələrdə Prostat, Cinsi zəiflik və.s adı altında özünü reklam edən bir çox həkimlər var. Amma bu dələduz dəstəsi sağalmaz xəstələrin son ümid və etimadından istifadə edir. Amma bu da son deyil. Bu yaramazlar insanları aldadaraq bu satışın bir "Dövlət proqramı" olduğunu, guya ki, "dərman qiymətləri onunçün ucuzdur ki, Dövlət buna dotasiya ayırıb" kimi fikirlərlə aldadırlar. Yəni qudurğanlıq o həddə çatıb ki, Dövlət adından açıq-aydın sui-istifadə edilir. İnternetdə isə satılan "Dinon" pereparatının harada istehsal olunması barədə məlumat verilmir. Həmçinin qeyd olunur ki, bu dərman tək Bakıda deyil, heç bir ölkədə Apteklərdə satılmır. Müştərilərə 14 manata satılan Diason çayının qiyməti isə endirimdə 49!! manatdır. Bir vacib məqama da diqqət edin. Deməli Rusiyadan gətirilən dərman 4 manata satılır. Cəmi 4 manata. İndi təssəvür edin ki, bu "Şəkər xəstəliyi"ni 1 həftəyə "sağaldan" peraparatın Rusiyada qiyməti neçəyədir ki, ilin-günün bu vaxtı Bakıya gətirilib 4 manata satılır. Halbuki bu dərmanı Rusiyadan pulsuz alıb gətirmək belə həmin qiymətə alınmır. Bu cür dərman keyfiyyətli ola bilərmi? Deməli hər cür qida və dərmana xüsusən həssas olan diabet xəstələrinə hansısa tullantı satılır. Bəli məhz tullantı. Çünki Rusiyadan bura heç o qiymətə tullantı da gətirmək olmaz. Bu isə 300 min insanımızın həyatına real təhlükə deməkdir. Ona görə də buradan Daxili İşlər Nzirliyi, Düvlət Təhlükəsizlik Xidmətinə, Respublika Baş prokurorluğuna  üz tutub məsələni araşdırmaqlarını xahiş edirəm. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, məsələyə təcili aydınlıq gətirin - bu pereparatın ölkə ərazisində satışına icazə verilibmi? Bu, dələduzların dediyi kimi doğrudanmı bu bir Dövlət proqramıdır? Əgər belədirsə niyə bu barədə informasiya rəsmi mənbələr tərəfindən deyil hansısa saxta profillər tərəfindən yayılır? Məlumat üçün deyim ki, müştərilərlə əlaqə əsasən bu nömrələr vasitəsi ilə həyata kecirilir ki, onları da "GetKontakt" proqramı ilə yoxladıqda əksəriyyətinin məlumat bazasının sahibi tərəfindən bağlı olduğu, birində isə "fırıldaqçı, insanı narahat edən" məlumatı ilə çıxır. 0774960091 0774961117 0774961101 0774969555 0774969611
Zəhra Kələntərova

Çox oxunanlar