BBC Dünya çempionatının açılışını niyə yayımlamadı?

BBC 2022 Dünya Kubokunun açılışını yayımlamaq əvəzinə Qətər problemlərindən bəhs edən proqram nümayiş etdirib. Britaniyanın BBC telekanalı 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının açılış mərasimini yayımlamayıb. Protest.az xəbər verir ki, açılış zamanı studiyada  İngiltərə yığmasının keçmiş hücumçusu Qari Lineker və digər qonaqlar Qətərdə insan haqları və korrupsiya məsələlərini müzakirə ediblər.
Açılış matçı Qətər və Ekvador arasında olub. Turnirin ev sahibləri 0:2 hesabı ilə məğlub olublar.
FİFA-nın Keynə DÇ-2022-də LGBT simvolu olan göy qurşağı kapitan sarğısını taxmağı qadağan etdiyi bildirilirdi.

Xəbər lenti
Çox oxunanlar