İsa Qəmbər oğlundan niyə imtina eləməlidir- 2 səbəbə görə..

Tağı Əhmədov demişkən nə qədər burcutsanız da, gecə-gündüz tənqid edib aslb-kəssəniz də, ortada mizan-tərəzi qurulanda iqtidar sizdən çox ağır gəlir. Çox. İllərdir ki, iqtidarın ayrı-ayrı məmurlarını özlərindən çox övladlarını, onların yaşam tərzini müzakirə edib baş qaxıncı edirsiniz. Amma insaf naminə onların övladları nə qələt eləsələr də dövlətə, millətə xəyanət etməyiblər. Haqlarında biabırçı videolar yayılmayıb. Amma müxalifət düşərgəsinin aparıcı simalarının özləri haqqda nələr üzə çıxmadı? Öz zibilləri ortaya çıxanda isə nədənsə "ata oğula (qıza) görə cavabdeh deyil" aforizmasını ortaya atıb əllərinə mala alırlar. Əli Kərimli,Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Arif Hacılınin övladları ilə bağlı biabırçılıqlar ortaya çıxanda bunun şahidi olmuşuq. İndi də İsa Qəmbərin oğlu gündəmə gəlib. Özü də əsl Vətən xaini, satqın qismində. Doğrusu mən İsa Qəmbərdən daha sərt açıqlama gözləyirdim. Amma onun dodaqaltı qımışaraq, soyuqqanlı halda "İlkinin 40 yaşı (əslində 36) var, yetkin adamdır, mən onun dediklərinə görə məsuliyyət daşımıram" deməsi məni çox təəccübləndirdi. Dəhşət! Bu adamlar sıradan biriləri deyil, iqtidara iddialı biriləridir. Yəni ki, dövlətin, xalqın taleyinə cavabdeh olmaq, onu idarə etmək istəyindədirlər. İsa Qəmbər 35 yaşında ikən (tək Azərbaycanda deyil o cümlədən MDB məkanında nadir hadisə kimi) Parlament sədri, o cümlədən qısa müddətə də olsa Prezidenti olub. Və Allah üzümüzə baxıb ki, qısa müddətə olub. Adam 1 il Parlament sədri oldu. Onun bu sədrliyi dövründə Milli məclisin iclas zalı "kurilka"ya çevrildi. (Yeni nəslin nümayəndələri üçün qısa bir açıqlama: Yəni iclas gedə-gedə deputatlar zalda, spiker isə əyləşdiyi tribunada rahatca siqaret püləyirdilər). Bu hal tək Azərbaycan Milli məclisi üçün deyil, həm də dünya parlamentariya tarixində görünməmiş bir hal idi. 1-cə!! aylıq Prezidentliyi dövründə isə Qənbərov, 26 nəfər məhkumu güllələtməyi ilə yadda qaldı. Sonrakı illərdə də Prezident olmaq üçün hər cürə yollara əl atdı. İndi bunlar hələ müxalifətdədirlər-övladları bu hoqqalardan çıxır; gör iqtidar olsalar nələr edərdilər. Bayaq dediyim kimi mən İsa bəydən daha kəskin reaksiya gözləyirdim. Ən azından Vətənə xəyanət yolu tutmuş (xüsusən də indiki həssas məqamda) oğlundan imtina etməli idi. Bəli, o oğlunun səxsi və ya siyasi həyatına müdaxilə edə bilməz. Tamam. Amma tutduğu nankor, xəyanətkar mövqeyinə görə ondan imtina etmək haqqını da heç kəs onun əlindən ala bilməz. Və siz bunu etməliydiniz cənab Qəmbər. Siz buna məhkum idiniz. Bunu gəlişi gözəl söz üçün demirəm. Haqqım çatır. Niyəsini deyimmi? Yazımın əvvəlində təsadüfən mizan-tərəzi məsələni yazmamışam. Çox deyil- ikicə misal gətirəcəm. YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfətin məsələsi ilk dəfə gündəmə gələn vaxtları yəqin ki, xatırlayırsız. Onda sizin düşərgənin təmsilçiləri stəkanda hansı "fırtına"nı qoparmasını da yəqin ki, xatırlayırsız. Amma Eldar Sabiroğlunun övladı nə Vətənə xəyanət etmişdi, nə də porno videosu yayılmışdı. Sadəcə ata-balanın siyasi baxışları üst-üstə düşməmişdi-vəssalam. Amma heç bir vəzifə sahibi olmayan, ağır xəstəliyinin əzabını yaşayan həmin Eldar Sabiroğlu, oğlunun bu addımına görə o vaxt nə qədər stress və həyəcan yaşadı. Həmin an "oğluma görə məsuliyyət daşımıram" deyib yaxasını kənara çəkmədi.Əksinə Prezidentdən və partiyadaşlarından üzr istədi. Və sonunda  yeganə oğulundan  imtina elədi. Və bu hərəkəti ilə də şəxsiyyətini və mənliyini qorudu. Bəs siz nə etdiniz? Camaatın gözünün içinə baxa-baxa oğlunuzun çəkdiyi ermənipərəst filminə guya ki, baxmadığınızı bildirdiniz. Halbuki həmin film artıq bütün sosial şəbəkələrdə yayılmışdı. Çünki İlkinin qondarma "Erməni genosidi" barədə paylaşdığı statusu malalamağa ancaq gücünüz yetdi.  Kananada yaşayıb-işləyən, orada özünüzün də dediyi kimi milyonlarla abunəsi olan populyar bir kanalda tarixi filmlər hazırlayan bir adamın "erməni genosidi" barədə adicə biliyə malik olmamasını söyləmək nə qədər gülüncdür..deyilmi? Bax ona görə də "filmdən xəbərsizəm" dediniz. "Niyə xəyanətkar və nankor oölunuzdan imtina etməlisiniz" iddiama daha bir misal da çəkəcəm. Kimin də yadında olmasa sizin xatirinizdə olar. 2001-ci ilin payızı. Müxalifət düşərgəsində Heydər Əliyevdən sonra prezidentliyə ən şanslı namizəd İsa Qəmbər sayılırdı. O vaxt hərə sizə bir cür "pişiklənirdi". "RUH" təşkilatının rəhbəri (indisə "Xalq qəzeti"nin baş redaktoru) Əflatun Amaşov da sizi "Jurnalistlərin dostu" elan edib mükafatlandırmışdı. Üstündən 10!! il keçəndən sonra həmin Əflatun Amaşov bu dəfə həmin mükafatla Prezident İlham Əliyevi təltif eləmişdi. Onda siz partiyanın iclasını çağırıb Əflatun Amaşovun bu riyakarlığına etiraz olaraq həmin mükafatdan imtina etdiyinizi bildirdiniz. Hətta jurnalistlərin qarşısında laureat kimi sizə təqdim olunmuş diplom və suveniri də bağlamaya qoyub geri qaytardınlz. Bax belə İsa bəy. O vaxt siyasi qısqanclıq və paxıllıq hissi sizi "Jurnalistlərin dostu" kimi mötəbər bir mükafatdan imtina etməyə vadar etdi. Amma nankor və xəyanətkar övladınızın sizin olan-qalan reputasiyanızı yerə soxması vicdanınızı tərpətmədi. Bir vaxtlar "əliniz qana batmışdı", bu dəfə vicdan və ləyaqətiniz ləkələndi. Amma hər bir halda siyasətdə kitabınız onsuz da  bağlandı.Etibar Hüseynov_Protest.az

Çox oxunanlar