Putin Kadırovun xanımını mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq 10 və daha çox uşaq böyüdən qadınlara “Qəhrəman Ana” fəxri adı verib.
Protest.az TASS-a istinadən  xəbər verir ki, " Ailə institutunun möhkəmləndirilməsində və uşaqların tərbiyəsində böyük xidmətlərinə görə" ilk fəxri adlar Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı  Mədinəyə və Yamalo-Nenets Muxtar Dairəsindən olan Olqa Dextyarenkoya verilib.
2022-ci il avqustun 15-də prezident “Rusiya Federasiyasının dövlət mükafatlandırma sistemini təkmilləşdirmək, analıq və uşaqları qorumaq məqsədilə” Rusiyada “Qəhrəman Ana” adının təsis edilməsi haqqında fərman imzalayıb. Sərəncama əsasən, analara almaz və minalı qızıldan hazırlanmış diplom və “ Qəhrəman Ana” ordeni veriləcək. Mükafat qızıl və rodium şəklində şüaları olan beşguşəli ulduz şəklində hazırlanıb. Ulduzun mərkəzində Rusiyanın Dövlət Gerbinin üçölçülü təsviri olan, qırmızı mina ilə örtülmüş və qabarıq yazısı olan qaynaqla haşiyələnmiş yuvarlaq medalyon var. Təltif edilənlənlərə 1 milyon rubl məbləğində birdəfəlik pul da veriir.
Daha əvvəl Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Olqa Batalina bildirmişdi ki, Rusiyada 2,5 mindən çox insan potensial olaraq “ Qəhrəman Ana” adını ala bilər.

Xəbər lenti
Çox oxunanlar