Mən məsələdən hali olana qədər, zatən, deyilən-deyilib, yazılan da yazılımşdı. Ona görə də yazmaq xatirinə- yazmaq olmasın deyə- vaz keçdim. Amma səhər Fb-yə baxanda gördüm ki, Tural Sadıqlı gecənin bir yarısı "elektricka"da gedə-gedə video çəkib paylaşıb; və bu da azmış kimi komment bölməsini də bağlayıb. Məhz buna görə də yazmaq qərarına gəldim. Kommetlərə qadaga nə deməkdir, ay Tural? Bəs harda qaldı gecə-gündüz "söz azadlığı", "fikir plüralizmi", "cavab haqqı" deyib bağırmaqların?
***
Yayımladığın videoda da cani-dildən sübut etmək istəyirsən ki, səni heç kəs "sındırıb" eləməyib. Bəli, təbii ki, (bunu özün də bilirsən) söhbət fiziki sındırılmaqdan deyil, mənəvi sındırılmadan gedir. Amma bu baş verdi. Sən boynuna alsan da, almasan da. Niyəsini xırdalayım- sən də bil..
***
İlk öncə dialoqun baş verdiyi məkanda hər iki tərəfin mənəvi-psixoloji durumuna diqqət yetirək. Və bir empatiya yaşayaq.
Birinci tərəf- yəni Tural Sadıqlı. Ora ölkə Prezidentinə hansısa təxribat xarakterli sual və ya şüar qışqırmaq üçün gəlib. Bu addıma hazırlaşıb, buna köklənib. Təbii ki, həyəcanlıdır, təlaş keçirir. Aglından və xəyalından həbs olunmaq, ən azından mühafizəçilər tərəfindən döyülməyə qədər variantları ehtimal edir.
İkinci tərəf- Hikmət Hacıyev. O, rəsmilərin giriş-çıxış qapısının 5 addımlığında Tural Sadıqlını görür. Onun əl ata biləcəyi təxribatları təxmin edir. Ona görə də Turalın bayaq qeyd etdiyim bozuk psixoloji durumundan istifadə edərək yaranmış fürsəti əldən verməyərək ( yəni özünü toparlamağa, yeni-gözlənilməz situasiyaya köklənməyə imkan verməyərək) qəflətən "hücum"a keçir.
***
Siyasətdə, şahmata istinadən "ağlar başlayır və qalib gəlir" deyimi var. O cümlədən kriminal aləmdə "dava qaçılmazdırsa- birinci vur", futbolda "ən gözəl müdafiə- hücumdur" taktikası mövcuddur. Cənab Hacıyev də bundan ustalıqla istifadə etdi. Ona görə də özü Turalın çaşqın durumundan, özünə gəlməyə, toparlanmağa imkan vermədi. Bu zaman nə baş verdi? Tural Sadıqlı özü də bu gedişin onun üçün gözlənilməz olduğunu paylaşdığı videoda etiraf edir. Belə ki, 2-3 gün əvvəl Hikmət Hacıyevdən təhqiramiz video paylaşmışdı. Qarşılığında hədə, təhqiramiz ifadə və ya münasibət gözlədiyi halda Hikmət Hacıyevdən arxayınçılıqla dediyi "salam, necəsiz?" ifadəsini eşıdır. Təbii ki bu, Sadıqlının onsuz da çaşqın psixoloji durumunu daha da artırır. Hacıyev isə dayanmır, onun özünə gəlməsinə imkan vermir. Zərbə ardınca zərbə.. :
1. Üzərinə yeryir.
2. Vətənə xəyanət davam edirmi?.
3. Əl uzadıb salamlaşır.
Həmin anda Turalın nələr düşündüyünü anlamaq, hansı hiss və həyacan keçırdiyinin empatisini yaşamaq çətin deyil. Yəni əcaba, dünən təhqir etdiyin şəxsdən bu cür addımlar nə deməkdir?- qabaqcadan planlaşdırılmız həbsmi, təxribatmı?, yoxsa nə? Axı bu hakimiyyətdən doğrudan da nə desən gözləmək olar:)
***
Tural bu sualların burulğanında çabalayanda artıq gec idi. Hikmət Hacıyev onu haqlamış, rinqin küncünə sıxışdırmış və zərbə ardıca zərbə edirərərk başını qaldırmağa imkan vermirdi. Məlum dialoqa baxdığınıza görə onu tam deyil, əsas hissələrinə diqqətinizi cəlb edirəm.
H.H - Bu həyatda ən ağır iş Vətənə xəyanətdir..
T.S Mən Vətəənə xəyanət deyil, xidmət edirəm (xidmət eee)
H.H Erməni separatçılarını təbliğ etmək Vətənə xidmət ola bilməz..
T.S o videolar montajdı.. Almaniyada 100 (!!!) minlərlə azərbaycanlı sığınacaq alıb.. və.s kimi titrəyən səslə söylənilən sərsəmləmələr.
***
Hiss olunur ki, Sadıqlı özünü toparlamaq, düşünmək üçün vaxt udmaq, buna görəsə araya söz qatmaq, aranı qarışdırmaq istəyir. O həmçinin Hikmət Hacıyevin bu qədər arxayın və cəsarətli davranışından da təlaşlnır. Hər an mühafizəçılərin yaxınlaşaraq onu yaxalamasından da həyəcan keçırır. Ona görə də səsi titrəyə-titrəyə : icazə verirsiz çəkiliş edim? -xahişini edir. Zənn edir ki, etiraz olunacaq. Ancaq rahat şəkildə deyilən " buyurun, problem deyil" cavabını alır. Ardınca da: "mənim haqqımda nə danışırsızsa indən belə 5 qatını edin. Eynimə də deyil. Onsuz da sizin videolara çox az adam baxır. Siz düz yolda deyilsiniz".
Və son şillə: "Sadəcə mənim sizə yazığm gəlir".
***
İndi Tural Sadıqlı özün de; "əgər söhbət bayaq qeyd etdiyim kimi fiziki deyil, mənəvi sındırılmaqdan gedirsə, bunun adı nədir?". Bayaq " Meydan TV", "Toplum TV", və o qəbildən olan kanalların şərh bölümündə yazılanlara baxıram. Başda dostun və qardaşın olan Qabil Türkoğlu olmaqla əksər cəbhədaşların sənin "sındırılmağını" iqtidar trollarından daha çox qeyd edib səni şıddətlə qınayır. Yəqin ki, hamısını özün də oxuyubsan. O hasarın arxasından qışqırıb özünü "cıran"lar isə səni daha çox söyür. Onların "əziyyətini" heç etdiyini deyirlər. Yanı ".ıçdın, gül kimi .oxun içinə" ..
***
Yeri gəlmişkən bir-neşə kəlmə də hasarın o birisi tərəfindən əli plakatlı "diktator" deyə ulaşan sürü barədə. ( əvvəla onların əksəriyyətinin Rusiya və İran tərəfindən maliyyələşən "məhşur" etnik separatçıların olduqları üzə çıxdı. Qabaqda isə "lider"liyi tanınmış anası erməni olan cocuq edirdi)
Ay bədbaxtlar, bu dəfəki hərəkətinizlə özünüz öz torbanızı tikdiniz. Kimə "diktator" deyirsiniz? Bütün Avropa və Amerika liderlərinin büyük hörmət və ehtiramla görüşdüyü İlham Əliyevəmi? Onda belə çıxır ki, Almaniya kansleri sizin qədər də qanmır? Yüksək səviyyədə qarşılayıb, qarşısında karavul düzdürdüyü şəxs "diktator"du? Əminəm ki, Almaniya hökuməti bunu sizə bağışlamayacaq. Odur ki, hazır olun..
***
Və sonda. Dünən Tural Sadıqlının Hikmət Hacıyevdən yediyi solaxay "şapalaq"dan birini də bir müddət əvvəl Emin Hüseynov elə həmin Almaniyada Mehriban xanım Əliyevadan dadmışdı. Dediyim ondadır ki, həm Mehriban Əliyeva, həm də Hikmət Hacıyev, fakturaca mülayim, pozitiv insan təəssüratı bağışlayan biriləridir. Və Emin Hüseynov, Tural Sadıqlı kimiləri bu cür insanların sakit, mədəni şəkildə dedikləri adi bir replika qarşısında, dilləri topuq vurur, dizləri titrəyir, ürək döyüntüləri sürətlənir. İndi təsəvvür edin ki, bunlar tutulub Bakıya gətirilir. Və yarı qaranlıq otaqda əyləşirlər kobud səsli, yekəpər, üz-gözündən zəhrimar yağan bir müstəntiqin qarşısında..
Agır mənzərədi. Ona görə də həqiqətən də adamın bunlara yazığı gəlir.Təki Allahın yazığı gəlsin..
Bu gün, 14:16
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
20-07-2026, 18:00